BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınmasında iştirak etmiş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Bu haqda xəbəri fevralın 3-də Prezidentin Mətbuat xidməti yayıb.
Sərəncamda deyilir ki, səfirliyə qarşı törədilmiş terror aktının qarşısının alınması zamanı həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcunu yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlərinə görə üç nəfər təltif edilsin.
Sərəncamla Tağıyev Vasif Natiq oğlu 1-ci dərəcəli “Rəşadət” ordeni, Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra) və İmanov Mahir Kamil oğlu “Vətən uğrunda” medalı ilə təltif edilib.
Qeyd edək ki, yanvarın 27-də SEPAH və “Bəsic”in Yasin Hüseynzadə adlı keçmiş üzvü Azərbaycanın Tehrandakı səfirliyinə avtomat silahla hücum edərək bir nəfəri öldürmüş, iki nəfəri yaralamışdı.
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub – VİDEO