Son yeniləmə: 3 Fevral 2023 17:15
BAYRAQDAR MEDİA – Kanada 2024-cü ildən etibarən Çin hökumətinin təzyiqi səbəbilə vətənlərini tərk etmək məcburiyyətində qalan 10 min uyğur türkünə ölkədə yerləşməyə icazə verəcək.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Məlumatda qeyd edilir ki, Kanada parlamenti Çin zülmü səbəbilə ölkələrini tərk edən və dünyanın müxtəlif ölkələrində Çinə təhvil verilmə təhlükəsi ilə üzləşən 10 min Doğu Türküstan uyğur türkünün Kanadaya köçürülməsini təklif edən qanun layihəsini yekdilliklə qəbul edib: “Millət vəkili Samir Zuberinin təqdim etdiyi qanun layihəsi sayəsində Kanada Çin zülmü ilə üzləşən Doğu Türküstanlılar üçün təhlükəsiz sığınacaqlardan birinə çevriləcək. Doğu Türküstanda Çinin zülmü altında olan uyğur türkləri təhsil, səyahət kimi müxtəlif səbəblərlə getdikləri ölkələrdən vətənlərinə dönə bilmirlər. Ölkələrinə qayıdan uyğur türkləri Çindəki həbs düşərgələrinə aparılır”.
#Türk ve #Müslüman devletlerini utandıracak hamle #Kanada’dan geldi
🔗 https://t.co/DS3ntBSaM0 pic.twitter.com/LcqJ8Rzn5Y
— QHA – Kırım Haber Ajansı (@qha_kirimhaber) February 2, 2023