Son yeniləmə: 3 Fevral 2023 17:51
Dos. Dr. Soner Sağlam: Bu mənfur hücumu gerçəkləşdirən terrorçuya mikrofon uzadıb danışdıran İran mediasını və rəsmi məqamlarını da qınayırıq
BAYRAQDAR MEDİA – “Yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə edilən və mühafizə rəisi Orxan Əsgərovun şəhid düşdüyü xain terror hücumunu şiddətlə qınayırıq. Azərbaycanlı qardaşlarımıza dərin hüznlə baş sağlığı veririk. Bu xain hücum nəticəsində yaralanan qardaşlarımıza isə acil şəfalar diləyirik”.
Bunu BAYRAQDAR MEDİA-ya qardaş Türkiyənin Denizli şəhərindən Dos. Dr. Soner Sağlam deyib.
O, bildirib ki, bu cür terror hücumları qətiyyən qəbuledilməzdir: “Xüsusilə də bu terror hücumunun səfirliyə edilməsi isə bunun həm də beynəlxalq miqyaslı cinayət olduğunu ortaya qoyur. Çünki hər hansı ölkənin səfirliyi həmin ölkənin ərazisi hesab olunur. Səfirliyə edilən hücum da elə həmin ölkəyə edilmiş hücum kimi qəbul edilir”.
Müsahibimiz qeyd edib ki, qanlı hadisədən dərhal sonra İran mediasının davranışı da qəbuledilməzdir: “Bu mənfur hucumu gerçəkləşdirən terrorçuya mikrafon uzadib danışdıran İran mediasını və rəsmi məqamlarını da qınayırıq”.
Dos. Dr. S.Sağlam, həmçinin, hər zaman olduğu kimi bu dəfə də Türkiyənin Azərbaycanın yanında olduğunu qeyd edib: “Biz Türkiyə olaraq hər zaman qardaş Azərbaycanın yanındayıq. Bütün dünya bilsin ki, bundan sonra da belə olacaq. Çünki bizim ayımız bir, günümüz bir, dərdimiz bir, sevincimiz birdir. Can Azərbaycana edilən hər hansı hücumu Türkiyəyə edilmiş hücum kimi qəbul edirik”.