Son yeniləmə: 3 Fevral 2023 17:12
BAYRAQDAR MEDİA – 2017-ci ildə Çin hökuməti tərəfindən qanunsuz olaraq həbs edilən uyğur modernist poeziyasının öncüllərindən olan şair və yazıçı Perhat Tursunun harada olduğu məlum olub.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Məlumata görə, 6 il idi ki, P.Tursunun harada olduğu bilinmirdi: “Azad Asiya Radiosu (RFA) P.Tursunun Doğu Türküstanın Artuş şəhərindəki Ağu həbsxanasında olduğunu bildirib. Çin səlahiyyətliləri bu vaxta qədər şairin həbs müddəti, harada saxlandığı və hazırkı səhhətinin vəziyyəti kimi bütün məlumatları məxfi saxlayıb”.
RFA isə məsələni sonuna qədər araşdırıb. Nəticədə Çin səlahiyyətliləri P.Tursunun 16 il həbs cəzası aldığını və hazırda Artuşdakı Ağu həbsxanasında olduğunu təsdiqləyiblər. Lakin şairə qarşı ittihamın səbəbi barədə məlumat verilməyib.