Son yeniləmə: 3 Fevral 2023 12:03
BAYRAQDAR MEDİA – Yanvar ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 10 min 912 müraciət daxil olub.
Bu barədə BAYRAQDAR MEDİA-ya fevralın 3-də qurumdan məlumat verilib.
Bildirilib ki, müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub: “Statistikaya əsasən, çağrı mərkəzinə (146-1 nömrəli) 6 min 156 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 2 min 360 vətəndaş müraciət edib. İlin ilk ayında BŞTİ-yə 1890 sənəd (vətəndaşlar tərəfindən 556 ərizə, Elm və Təhsil Nazirliyindən 223, digər qurumlardan 241, məktəblərdən 479 məktub və 391 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin ay ərzində 506 elektron müraciətə baxılıb”.
Məlumata əsasən, müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə və işə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, informasiya təminatı və digər məsələləri əhatə edib.