Son yeniləmə: 1 Fevral 2023 10:54
BAYRAQDAR MEDİA– Azərbaycana səfər edən Türkiyənin milli təhsil naziri Mahmut Özer səfəri çərçivəsində STEAM İnnovasiya Mərkəzini ziyarət edib.
Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.
Qeyd edilib ki, nümayəndə heyətinə mərkəzdə yaradılan şərait barədə məlumat verilib: “Bildirilib ki, mərkəzdə aviasiya məkanı, klassik və uşaqlar üçün Nyuton, oyun, konstruksiya, “Heureka Classics” otaqları, robotların hazırlanması laboratoriyası, “3D hologram”, VR zonaları mövcuddur. Mərkəzə müraciət edən müxtəlif yaş kateqoriyasından olan məktəbli və tələbələr XXI əsr bacarıqlarını – kreativlik, əməkdaşlığın inkişaf etdirilməsi, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə qabiliyyətlərini yüksəldəcəklər”.
M.Özerin rəhbərlik etdiyi nümayəndə heyəti eyni gündə Bakı Türk Anadolu liseyi, Azərbaycan Beynəlxalq Maarif Məktəbi, eyni zamanda Bakı Avropa liseyi və Bilim Bakı Mərkəzini də ziyarət edib: “Türkiyəli nazir sözügedən təhsil müəssisələrinin rəhbər və pedaqoji kollektivi ilə görüşüb, təhsil ocaqlarındakı mövcud şərait barədə məlumat alıb”.