Son yeniləmə: 1 Fevral 2023 17:26
BAYRAQDAR MEDİA – Monteneqro Milli Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri və Demokrat Partiyasının sədri Dejan Vuksiç martın 19-da ölkədə keçiriləcək prezident seçkilərində namizəd olacağını açıqlayıb.
Balkan News xəbər verir ki, D.Vuksiç paytaxt Podqoritsada keçirdiyi mətbuat konfransında bu barədə bəyan edib. O, bildirib ki, partiyası müttəfiq olan digər partiyalarla əməkdaşlığa hazırdır.
Demoşist hərəkatın daha aktiv fəaliyyətə başlayacağına işarə edən D.Vukşiç, seçiləcəyi təqdirdə ölkədə seçki qanununun dəyişdirilməsini gündəmə gətirəcəyini açıqlayıb.