Son yeniləmə: 1 Fevral 2023 13:05
BAYRAQDAR MEDİA – Quzey Makedoniyanın Baş naziri Dimitar Kovaçevski deyib ki, ölkə Avropanın bir hissəsi ola bilər və olmalıdır.
Balkan News xəbər verir ki, o, bu fikirləri iki gün davam edən “Yeni imkanlar ili” konfransında çıxışı zamanı deyib.
Ötən ilin nailiyyətlərinə toxunan D.Kovaçevski bildirib ki, hökumət Ukraynadakı enerji böhranı və müharibə səbəbindən vətəndaşları ərzaq qiymətlərinin hədsiz artımından qoruya bilib.
Bu il pensiyaların, eləcə də orta əmək haqqının artacağını qeyd edən Baş nazir pensiyaların artırılmasının qanunla təmin olunduğunu əlavə edib.
Baş nazir D.Kovacevski, kapital qoyuluşlarından əlavə, yeni investisiyaların olduğunu, bir sıra sistemli həllərin edildiyini, qida və enerji sahələrində də yerli istehsal olduğunu bildirib.