Son yeniləmə: 1 Fevral 2023 17:53
BAYRAQDAR MEDİA – Qırğız ədəbiyyatının, türk dünyası və dünya ədəbiyyatının ən böyük yazarlarından biri olan Çingiz Aytmatovun “Boru və yer” romanı keşmiş SSRİ dönəmində çap edilməyib. Buna səbəb isə romanda sovet rejiminin eybəıcərliklərindən bəhs olunması olub.
Kırım Haber Ajansının məlumatına görə, bu roman yalnız Bolqarıstada çap olunub.
Qırğızıstan Milli Akademiyasının prezidenti Abdildacan Akmataliyev bildirib ki, görkəmli yazıçının bu əsəri ilə bağlı bu günə qədər ətraflı araşdırma aparılmayıb.
Müəllif bu əsərində indiki Qırğız Respublikasının paytaxtı Bişkek şəhərinin mərkəzindən keçən Böyük Çuy su kanalının yaradılması fonunda keçmiş SSRİ-nin eybəcərliklərini ortaya qoyub, o dövrün təzyiqlərindən danışıb. Bu səbəbdən də sovetlərin təsiri altında olan ədəbi dairələr tərəfindən gizlədilib və çapına icazə verilməyib.
Bu roman Ç.Aytmatovun 1974-1976-cı illərdə bolqar dilində nəşr olunmuş ikicildlik toplusuna daxil edilib.