BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, yanvarın 31-də Avropa Parlamentində post-Rusiya dövrü ilə bağlı müzakirələr keçirilməli idi.
“Post-Rusiyanın azad xalqı” Forumunun Avropa Parlamentindəki Avropa Mühafizəkarlar və İslahatçılar Qrupu ilə birlikdə keçirdiyi tədbir artıq baş tutub.
Geniş müzakirələr sonrası Forum iştirakçıları ortaq bəyannamə qəbul ediblər.
Bəyannamənin Forumun sosial media hesabları üzərindən yayımlanan kəsimində əsas maddələr yetərincə diqqətçəkəndir.
Bəyannamədə deyilir:
-Azad edilmiş hər bir xalqın və bölgənin gələcəyi məhz o xalq və bölgə tərəfindən müəyyən edilməlidir. Bu zaman millətin öz müqəddəratını təyinetmə prinsipi rəhbər tutulmalıdır. Eyni zamanda başqa ümumi qəbul edilmiş beynəlxalq hüquq normaları, o cümlədən ayrılmaya qədər gedilməlidir;
-Avropa Birliyi ölkələri və NATO liderlərinin köklü xalqlar və bölgələrin təmsilçiləri ilə birbaşa dialoqu vacibdir;
-Çox ssenarili dəyişikliklər strategiyasının qurulması vacibdir. Həmçinin xalqların və bölgələrin dissident liderlərinin azad dünya qurumları və dövlətləri ilə dəstək, yardım və daimi dialoq, ünsiyyət və əks əlaqəsinin işlək mexanizmləri qurulmalıdır;
-Rusiyanın dekolonizasiyası Avropada və dünyada kollektiv təhlükəsizlik arxitekturası yaradılması və uzun müddətli sülhün açarıdır;
-Post-Rusiya məkanının gələcək müstəqil dövlətlərinin tam nüvəsizləşdirilməsini və hərbisizləşdirilməsini həyata keçirmək lazımdır. Onların müstəqilliyi və sosial-iqtisadi yenilənməsi tanınmalıdır.