Press "Enter" to skip to content

5 bölgə Rusiyadan ayrılmaq üçün referendum keçirir – VİDEO

Rusiyanın yerində qurulacaq dövlətlər

Son yeniləmə: 1 Fevral 2023 12:39

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, yanvarın 31-də Brüsseldə – Avropa Parlamentinin binasında post-Rusiya dövrü ilə bağlı müzakirələr keçirilib. AP deputatları və Rusiya xalqları nümayəndələrinin iştirakı ilə keçirilən müzakirələrdə Avropa Birliyi və NATO-ya yönəlik Bəyannamə də qəbul edilib.

Avropa Parlamentində post-Rusiya dövrü müzakirə edilib – VİDEO

Ukraynanın Obozrevatel nəşri xəbər verir ki, müzakirələrdən öncə – yanvarın 30-da Rusiyanın 5 ayrı bölgəsinin təmsilçiləri bir araya gələrək müstəqillik üçün referendum keçirməyə qərar veriblər. Bunlar Kenigsberg, İngriya, Ural, Sibir və Kuban təmsilçiləridir.

Bölgə təmsilçiləri mediaya verdikləri açıqlamada Moskvanın onların təbii sərvətlərini taladığına və insan hüquqlarını gözardı etdiyinə diqqət çəkiblər. Onlar bildiriblər ki, Rusiyadan birdəfəlik qurtulmaq üçün fevralın 16-da onlayn referendum keçirəcəklər.

Mission News Theme by Compete Themes.