BAYRAQDAR MEDİA – 2022-ci il ərzində müxtəlif fəaliyyət sahələri üzrə, o cümlədən idxal, topdan və pərakəndə ticarət, istehsal, ictimai iaşə fəaliyyəti göstərən 170 vergiödəyicisində 317 nəzarət tədbiri keçirilib, həmin tədbirlərin nəticəsi üzrə 413 nöqsan aşkar edilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Vergi Xidmətindən məlumat verilib.
Bildirilib ki, keçirilmiş operativ vergi nəzarəti tədbirlərində vergiödəyicilərinə ümumilikdə 2,7 milyon manat məbləğində maliyyə sanksiyası tətbiq olunub: “Vergi borcu üzrə cinayət tərkibi yaradan və vergi orqanlarından daxil olmuş materiallarla bağlı görülmüş preventiv tədbirlər nəticəsində 2,4 milyon manat vəsait dövlət büdcəsinə ödətdirilib”.