Press "Enter" to skip to content

Səfirliyi terror edənin yolu SEPAH və “Bəsic”dən keçib…

Yasin Hüseynzadə terroru törətdikdən sonra "Səhər" TV-yə müsahibə verir

Azərbaycan səfirliyinə hücum edən Yasin Hüseynzadə, əslində kimdir və silahı haradan əldə edib?

BAYRAQDAR MEDİA Azad İran Telegram kanalının Iran Briefing-ə istinadla yaydığı araşdırmanı təqdim edir.

İran vətəndaşı, hazırda meyvə-tərəvəz satışı ilə məşğul olan SEPAH-ın keçmiş zabiti Yasin Hüseynzadə Azərbaycanın Tehrandakı səfirliyinə daxil olaraq təhlükəsizlik xidmətinin rəisini Kalaşnikov avtomatı ilə öldürüb.

Bəs Yasin Hüseynzadə kimdir?

Mərəndin Yuxarı Yekan kəndində anadan olan 54 yaşlı Yasin (Səfər) Hüseynzadə İran-İraq müharibəsi zamanı SEPAH sıralarına qatılıb. O, qısa müddət ərzində müharibədə 31-ci Aşura diviziyasında da iştirak edib. 1999-cu ilə qədər Təbrizdə SEPAH qərargahında yük maşını sürücüsü işləyib və SEPAH-dan könüllü olaraq təqaüdə çıxıb.

Yasin 1999-2006-ci illərdə Mərənddəki Yaldur məscidinə bağlı “Bəsic” qüvvələrinin komandanı olub, indi də həmin Bəsic bazası ilə əlaqəsini davam etdirir. Hətta onun Təbrizdə Bəsic və SEPAH qüvvələri ilə birlikdə son aylar Bükan və Marağada baş verən anti-hökumət etirazlarının dağıdılmasında iştirak etdiyi barədə məlumatlar var.

Bu, təbii ki, İran İslam Respublikasının təhlükəsizlik və hüquq-mühafizə orqanlarının cavab verməli olduğu sualdır.

Burada iki fərziyə var.

Birincisi, Azərbaycanın irəli sürdüyü fərziyə: Bu, terror aktıdır. Hücumun koordinasiyası və terrorçunun silahlandırılması İran İslam Respublikasının səlahiyyətli orqanları tərəfindən həyata keçirildiyi üçün silah təminatı da onların işidir.

İkinci fərziyyə də birinci ehtimaldan az deyil: “İran İslam Respublikası polisində sistemli korrupsiya”.

Əvvəllər də İran polisi, SEPAH və hətta ETTELAAT tərəfindən gizli malların satışı ilə bağlı çoxlu məlumatlar var idi. Həmin gizli satışlar sırasında peyk antenalarından tutmuş alkoqollu içkilərə və narkotiklərə, hətta silah qaçaqmalçılığına qədər ad çəkmək olar.

İkinci fərziyə daha zəif görünsə də bunu nəzərdən qaçırmamaq lazımdır və bu barədə təhlükəsizlik orqanlarına da məlumat verilməlidir – əgər məlumatları yoxdursa! Təqsirləndirilən şəxsin silahı necə əldə etdiyi soruşulmalıdır.

Terror aktı, yoxsa ailə münaqişəsi?

Hücum edənin iddiasının qəbul edildiyini, eləcə də onun keçmiş və indiki əlaqələrini və SEPAH-la əməkdaşlığını nəzərə alsaq, bu əməliyyatı “dəqiq və planlı” hesab etmək lazımdır.

Onun silahı necə əldə etməsi ilə bağlı yayılan məlumata görə, terror aktı fərziyəsi bu günlərdə İran İslam Respublikası ilə Azərbaycan arasındakı son günlərin qarşıdurmasına səbəb olan ən aydın fərziyədir.

Yasin Hüseynzadə qatlanan Kalaşnikov AK-47 silahı ilə aşağıdan səfirliyə hücum edir. Hadisədən sonra həmin silah İran polisinə təhvil verilməzdən əvvəl Azərbaycan səfirliyinin mühafizəçilərindən birinin əlində şəkli çəkilib.

Bu silahın seriya nömrəsi, Azərbaycan səfirliyinin təhlükəsizlik əməkdaşının dediyinə görə, saxtalaşdırılıb və qundağının yeganə aydın seriya nömrəsi N-12067-dir ki, bu da hazırda İran daxilində nömrələnib. Həmin silahın İran silahlı qüvvələrinə məxsus olmadığı qeyd olunsa da aşkar edildikdən sonra 25 iyun 2019-ci ildə Lorestan əyalətinin polis idarəsinin İctimai Təhlükəsizlik Komandanlığı tərəfindən qəbul edilib və ən azı 2000-ci ilin mart ayına qədər Zəncan əyalətinin polis qüvvələri tərəfindən aşkar edilən silah-sursat anbarında saxlanılıb…

Mission News Theme by Compete Themes.