Press "Enter" to skip to content

Qırğız ekspertlər yak təsərrüfatına baxış keçiriblər

Yak təsərrüfatı

Son yeniləmə: 31 Yanvar 2023 14:33

BAYRAQDAR MEDİA – Laçın və Kəlbəcər rayonlarının yüksək dağlıq ərazilərində fəaliyyət göstərən eksperimental yak təsərrüfatında monitorinqlər davam edir. Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri Qırğızıstan respublikasından dəvət olunmuş ekspertlərlə birgə təsərrüfata baxış keçirib, heyvanları müayinə ediblər.

Bu barədə BAYRAQDAR MEDİA-ya Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qırğız ekspertlər yak təsərrüfatının idarə olunması ilə bağlı yerli mütəxəsislərə təlim keçib, onlara heyvanların təsərrüfatda və vəhşi təbiətdə davranışları, onlara qulluq qaydaları barədə geniş məlumat veriblər: “Xarici və yerli mütəxəssislər arasında heyvan xəstəlikləri, yakların yem rasionu, döl dövrünə hazırlıq və digər mövzular barədə fikir mübadiləsi aparılıb. Təsərrüfatın fəaliyyətini qənaətbəxş hesab edən qırğız ekspertlər yakların sürətli çəki almasını, yerli şəraitə qısa müddətdə adaptasiya olunmasını Laçın və Kəlbəcər yaylaqlarının qış otlaqların yem bolluğu, keyfiyyətli su mənbələrinin olması ilə izah ediblər. Yarımvəhşi formada bəslənən yakların otlaq sahələrinə baxış keçirilib, otlaqların vəziyyəti dəyərləndirilib, yay aylarında yakların köç edə biləcəyi potensial ərazilər müəyyənləşib”.

Qeyd edək ki, ötən il dekabrın 8-də Azərbaycana ətlik istiqamət üzrə ixtisaslaşmış təsərrüfatın yaradılması üçün Qırğızıstandan 100 baş yak növlü iribuynuzlu heyvan gətirilib.

Pilot layihə çərçivəsində növbəti addım

Mission News Theme by Compete Themes.