Son yeniləmə: 31 Yanvar 2023 11:42
BAYRAQDAR MEDİA – Türkiyənin milli təhsil naziri Mahmut Özer Azərbaycana səfəri çərçivəsində Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzini də ziyarət edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nümayəndə heyətinə mərkəzdə yaradılan inklüziv şərait, dual təhsil modelinin tətbiqi və yeni proqramlar haqqında ətraflı məlumat verilib.
Daha sonra Mahmut Özer Türkiyədə peşə təhsili sahəsi üzrə təlimlərdə iştirak edən müəllimlərlə görüşüb və səmimi söhbət aparıb.