Press "Enter" to skip to content

Muzeylərdə “açıq qapı” olacaq

Son yeniləmə: 31 Yanvar 2023 14:12

BAYRAQDAR MEDİA – 2 fevral – Azərbaycan Gəncləri Günüdür. Ulu Öndər Heydər Əliyevin 1997-ci ildə imzaladığı Fərmanla əsası qoyulan əlamətdar gün ölkəmizdə hər il müxtəlif tədbirlərlə qeyd olunur. Öz növbəsində Mədəniyyət Nazirliyi tərəfindən gənclərin asudə vaxtının səmərəli təşkili, onların muzey müəssisələri vasitəsilə Azərbaycanın zəngin mədəni irsi ilə yaxından tanış olmalarının təmin edilməsi məqsədilə layihələr həyata keçirilir.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, Gəncləri Günü ilə əlaqədar fevralın 1-2-də Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə gənclər üçün “açıq qapı” olacaq: “Bununla əlaqədar həmin günlərdə yaşı 14-dən 29-dək olan şəxslərin muzeylərə sərbəst girişi təmin ediləcək”.

Mission News Theme by Compete Themes.