Press "Enter" to skip to content

Ersin Tatardan dünya birliyinə xəbərdarlıq

Ersin Tatar

Son yeniləmə: 31 Yanvar 2023 14:56

“Həll təklifimiz qəbul olunmayınca heç bir danışıqlara başlanılmayacaq”

BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar İngiltərənin “The Guardian” qəzetinə müsahibə verib.

KKTC-nin Bakıdakı nümayəndəliyindən verilən məlumata görə, E.Tatar müsahibəsində Kıbrıs probelminin həlli istiqamətində atılan addımlara aydınlıq gətirib. KKTC Cümhurbaşqanı iki dövlətli həll modeli qəbul edilməzsə, adanın davamlı olaraq problemlərlə baş-başa qalacağını deyib.

Məlumata əsasən, E.Tatar Kıbrısda yarım əsrdir müzakirə edilən federasiya həll modelinin indi vaxt itkisi olduğunu vurğulayıb: “Kıbrısda iki fərqli dövlət, iki fərqli xalq və iki fərqli mədəniyyət var, saatı geri çevirmək olmaz. Həll təklifimiz qəbul olunmayınca heç bir danışıqlara başlanılmayacaq”.

E.Tatar KKTC-nin Ankaranın müstəmləkəsi olacağı ilə bağlı iddialara isə belə cavab verdi: “Türkiyə bizim anavətənimizdir, biz türk millətinin bir parçasıyıq. Beynəlxalq ictimaiyyət embarqonu və təcrid rejimini aradan qaldırmasa, təbii ki, yardım aldığımız Türkiyə ilə inteqrasiyamız sürətlənəcək”.

Mission News Theme by Compete Themes.