Son yeniləmə: 31 Yanvar 2023 17:34
BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən daha 130 nəfər özünüməşğulluq proqramı iştirakçısı biznes planlarına uyğun mal və materiallar formasında aktivlərlə təmin olunub.
Bu barədə BAYRAQDAR MEDİA-ya yanvarın 30-da nazirlikdən məlumat verilib.
Bildirilib ki, onların bir hissəsi şəhid ailələrinin üzvləri və müharibə veteranlarıdır: “Verilmiş aktivlər hesabına proqram iştirakçıları kənd təsərrüfatı, istehsal və xidmət sahələri üzrə kiçik ailə təsərrüfatlarını yaradıblar. Qeyd edək ki, özünüməşğulluq proqramının icrası işlərinin davamı olaraq ötən il daha 16,1 min şəxs özünüməşğulluq proqramına cəlb olunub və cari ildə də bu sahədə işlər davam etdirilir”.