BAYRAQDAR MEDİA – Prezident İlham Əliyevin dost ölkə Macarıstana iki günlük səfəri ciddi müzakirələrlə yadda qalmaqla bərabər maraqlı fikirlərlə də müşayiət edilir. Belə maraqlı fikirlərdən birini Macarıstanın Baş naziri Viktor Orban özünün sosial media hesabında paylaşıb. O, Azərbaycanı Macarıstanın “gizli silahı” adlandırıb.
“Azərbaycan enerji sahəsində diversifikasiya üçün bizim gizli silahımızdır. Nə yaxşı ki, Prezident İlham Əliyev və mən Azərbaycanla Macarıstan arasında iş birliyinin möhkəmləndirilməsi üçün on ildən çoxdur ki, çalışırıq. Sizi Macarıstanda salamlamaq çox xoşdur, Azərbaycan Prezidenti”, – deyə V.Orban qeyd edib.
#Azerbaijan is our secret weapon for #diversification in the field of energy. Luckily, President Aliyev and I have been working on strengthening the cooperation between 🇦🇿 and 🇭🇺 for over a decade. It was great to welcome you in Hungary, @presidentaz ! pic.twitter.com/Gu7RzkwIec
— Orbán Viktor (@PM_ViktorOrban) January 30, 2023