Press "Enter" to skip to content

30 min adama xidmət edəcək səyyar mətbəx

Pulsuz səyyar mətbəx

Son yeniləmə: 31 Yanvar 2023 11:25

BAYRAQDAR MEDİA – Türkiyənin İHH Humanitar Yardım Fondu Xersonda hər gün təxminən 30 min insana xidmət göstərəcək pulsuz səyyar mətbəx layihəsini həyata keçirir.

Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.

Məlumaat görə, səyyar mətbəx layihəsinin təqdimatı zamanı bildirilib ki, Xerson sakinləri səyyar mətbəx könüllülərindən gündə iki dəfə isti yemək ala biləcəklər.

Pulsuz ərzaq paylanması “Ukrayna Krımının dadı” şüarı ilə baş tutacaq.

Səyyar mətbəxin təqdimat mərasiminə Krım tatar xalqının ümummilli lideri, Ukrayna deputatı Mustafa Abdulcəmil Krımoğlu, Krım Tatar Milli Məclisinin (KTMM) sədri Refat Çubarov, xalq deputatı Ahtem Çiygöz, Krım Muxtar Respublikası Müsəlmanları Dini İdarəsinin rəhbəri, Müfti Ayder Rüstemov və Krım Milli Sərvət Fondunun prezidenti Lenur Mambetov iştirak edib.

Bildirilib ki, layihə Krım Tatar Milli Məclisi, Krım Müsəlmanları Dini İdarəsi, Ukrayna Müsəlmanları Dini İdarəsi, ASTEM Fondu, Evkaf Fondu və Krım Milli Sərvət Fondu Beynəlxalq Yardım Fondunun dəstəyi ilə həyata keçiriləcək.

Mission News Theme by Compete Themes.