Press "Enter" to skip to content

XİN: Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarının təxliyəsi başa çatıb

Səfirlik əməkdaşları gətirən təyyarə

Son yeniləmə: 30 Yanvar 2023 09:35

BAYRAQDAR MEDİA – “29 yanvar 2023-cü il tarixində Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarının, onların ailə üzvlərinin, səfirliyimizə qarşı törədilmiş terror aktı nəticəsində yaralanmış həmkarlarımızın təxliyəsi başa çatıb”.

Tehranda şəhid edilən Orxanın ailəsinə Prezidentdən başsağlığı

Bu barədə Xarici İşlər Nazirliyinin Twitter hesabında edilən paylaşımda yazılıb.

Paylaşımda həmçinin, “Allah şəhidimiz Orxan Əsgərova rəhmət eləsin!” deyə qeyd edilib.

Məlumat üçün bildirək ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla hücum edərək mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı isə hücumun qarşısını alarkən yaralanıb.

Bu arada xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında, “hər hansı ölkədə diplomatik nümayəndəliyin fəaliyyətini dayandırması çox ciddi məsələdir. Biz İran tərəfinin nəzərinə çatdırmışıq ki, səfirliyimizin əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsində İrana etibarımız yoxdur” deyib.

Nazir müavini İran tərəfinin təhlüksəizliklə bağlı tələblərə məsuliyyətsiz yanaşdığını da deyib: “Biz dəfələrlə İran tərəfinin nəzərinə çatdırmışdıq ki, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə qarşı İran ərazisində təhdidlər var. Buna görə də təhlükəsizlik tədbirlərinin artırılmasını tələb etmişdik. Baş verən hadisə göstərdi ki, İran bu tələblərimizə məsuliyyətsiz yanaşıb”.

Mission News Theme by Compete Themes.