BAYRAQDAR MEDİA – Qardaş Türkiyənin milli təhsil naziri Mahmut Özerin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Bu barədə BAYRAQDAR MEDİA-ya yanvarın 30-da Azərbaycan Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində qonaqlar Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar: “Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub”.
Daha sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi anılıb.
Qonaqlar həmçinin “Türk şəhidliyi” abidəsini də ziyarət edib.