Son yeniləmə: 30 Yanvar 2023 18:06
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev yanvarın 29-da dost Macarıstana rəsmi səfərə gedib.
Prezidentin Mətbuat xidməti xəbər verir ki, yanvarın 30-da İ.Əliyevin rəsmi görüşləri başlayıb.
İlk olaraq paytaxt Budapeştin Layoş Koşut meydanında rəsmi qarşılanma mərasimi keçirilib. Fəxri qarovul dəstəsinin düzüldüyü mərasimlə Macarıstan Prezidenti xanım Katalin Novak İ.Əliyevi qarşılayıb, iki ölkənin himnləri səsləndirilib.
Ardından da iki ölkə prezidentlərinin təkbətək görüşü olub.
Təkbətək görüşün ardından prezidentlərin rəhbərliyi altında iki ölkənin nümayəndə heyətləri geniş tərkibli görüş keçirib.
Prezident İ.Əliyevin daha bir təkbətək görüşü Macarıstanın Baş naziri Viktor Orbanla olub. Bu görüşün də ardından heyətlər arası görüş keçirilib və iki ölkə arasındakı mühüm məsələlər müzakirə edilib.
Bundan sonra İ.Əliyev və V.Orbanın da iştirakı ilə iki ölkə arasında mühüm sənədlər imzalanıb. Ardından da İ.Əliyev və V.Orban mətbuata bəyanatlarla çıxış ediblər.
Əlavə edək ki, Macarıstan Prezidenti sosial media hesabında paylaşım edərək Azərbaycan Prezidentinin ölkəsinə səfəri və əsas məsələlərlə bağlı fikirlərini qeyd edib. O, Azərbaycanın strateji tərəfdaş olduğunu vurğulayıb.
The Republic of Azerbaijan 🇦🇿 is a key strategic partner for Hungary 🇭🇺. I reiterated to @presidentaz Ilham Aliyev at his official visit to Budapest that in current times the diversification of energy sources are elementary in Europe where Azerbaijan 🇦🇿 has a great role to play. pic.twitter.com/ejPvAc0BWv
— Katalin Novák (@KatalinNovak_HU) January 30, 2023