BAYRAQDAR MEDİA – 2022-ci ilin dekabr ayında fərdi uçot sistemində qeydə alınmış sığortaolunanların sayı 26,1 min nəfər və ya 0,54% artıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya yanvarın 30-da Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, bununla da 2023-cü ilin 1 yanvar tarixinə uçota alınmış sığortaolunanların sayı 4,88 milyon nəfər təşkil edib.