Eskişehir Azərbaycanlıları Dərnəyi: İran adlanan ölkəni qınayır, onların xain planının qəti şəkildə baş tutmayacağını bildiririk
BAYRAQDAR MEDİA – “Son zamanlar İran adlanan ölkənin Azərbaycana qarşı siyasəti açıq-aşkar xəyanət və düşmənçilik üzərində qurulub”.
Bu fikirlər Eskişehir Azərbaycanlılar Dərnəyinin bəyanatında öz əskini tapıb.
Qurumdan BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, Azərbaycanın Tehrandakı səfirliyinə edilən terror hücumunun pisləndiyi bəyanatda daha sonra deyilir: “İranın mövcud rejimi 30 ildən artıqdır ki, Azərbaycanın tarixi torpaqlarını işğal altında saxlayan ermənilərə dəstək verməklə artıq Azərbaycan türklüyünə qarşı mövqelərini açıq şəkildə nümayiş etdirmişdir. Son zamanlar Güney Azərbaycanda yaşayan soydaşlarımıza qarşı zülm və nifrət həddini aşmış və Azərbaycan Prezidenti cənab İlham Əliyev beynəlxalq görüşlərdə baş verənləri dilə gətirmiş, Güney Azərbaycanda yaşayan soydaşlarımızın haqlı olaraq yanında olduğumuzu açıq şəkildə bildirmişdir”.
Bəyanatda, həmçinin, “İran adlanan ölkə Azərbaycana qarşı düşmənçiliyini açıq şəkildə göstərməklə Ermənistanla münasibətləri tərəddüd etmədən irəli aparmış, tarixi Azərbaycan torpaqları olan Qərbi Zəngəzur haqqında yersiz bəyanatlar vermişdir. Nəhayət, bu ədavət və nifrət nəticəsində yanvarın 27-də Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə silahlı basqın edilmiş və nəticədə əvvəllər İstanbul Baş konsulluğunda çalışmış mühafizəçi Orxan Əsgərov şəhid olmuş, 2 səfrilik əməkdaşı isə yaralanmışdır. Eskişehir Azərbaycanlılar Dərnəyi olaraq şəhidimizə Allahdan rəhmət diləyir, ailəsi başda olmaqla bütün Azərbaycan xalqına başsağlığı veririk. Xəsarət alan səfirlik əməkdaşlarına tezliklə şəfa diləyirik” deyə qeyd edilir.
Bəyanat aşağıdakı sözlərlə tamamlanır: “Eskişehir Azərbaycanlıları Dərnəyi olaraq İran adlanan ölkəni qınayır, onların xain planının qəti şəkildə baş tutmayacağını və bir gün mütləq öz kinlərində boğulacaqlarını bildiririk. İran dağılacaq və viran olacaq. Azərbaycan birləşib bütöv olacaq!”