BAYRAQDAR MEDİA – Yanvarın 27-də İranın paytaxtı Tehranda Azərbaycan Respublikasının səfirliyinə edilmiş terror basqını və bir nəfərin öldürülməsi bütün dünyada sərt təpkiyə səbəb olmaqdadır. Məsələyə Güney Azərbaycan siyasi təşkilatlarının və fəallarının münasibəti də yetərincə sərt və diqqətçəkəndir.
Yanvarın 27-dən etibarən Güney Azərbaycanlılar da dünyanın hər tərəfində məsələyə münasibət bildirir, İranın bu məsələdə məsuliyyətini ön plana çəkirlər.
Bu baxımdan Güney Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü Məcid Cavadinin geniş açıqlamasını təqdim edirik. O, baş vermiş hadisə və onun ətrafında yaradılmaq istənən təbliğat çənbəri ilə bağlı maraqlı fikirlər səsləndirib.