BAYRAQDAR MEDİA – ABŞ Dövlət Departamenti yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə edilmiş terror aktı ilə bağlı açıqlama yayıb.
Xəbər BAYRAQDAR MEDİA-ya Dövlət Departamentindən daxil olub.
Açıqlamada deyilir: “Birləşmiş Ştatlar bu gün səhər erkəndən Tehranda Azərbaycan səfirliyinə qarşı baş vermiş hücumu qınayır. Biz Prezident İlham Əliyevin bu qəbuledilməz zorakılığın dərindən araşdırılması ilə bağlı çağırışına şərikik. Biz öldürülmüş və yaralanmış şəxslərin ailələrinə və yaxınlarına dərin hüznümüzü ifadə edirik. İstənilən yerdə diplomatlara və diplomatik təmsilçiliklərə qarşı istənilən hücum qəbuledilməzdir. Biz İran hökumətinə xatırladırıq ki, “Diplomatik əlaqələr haqqında Vyana Konvensiyası”na görə İrandakı xarici diplomatları qorumaq onların məsuliyyət məsələsidir”.