Son yeniləmə: 27 Yanvar 2023 14:13
BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin xarici işlər naziri Tahsin Ertuğruloğlu şəxsi Twitter hesabında maraqlı paylaşım edib.
Bu barədə Kibris Türk məlumat yayıb.
Məlumata görə, Türkiyənin KKTC-dəki səfirinə ünvanlanan bu xoşməramlı paylaşımda deyilir: “Cənab. Səfir, anavətən Türkiyənin varlığı bizim üçün vazkeçilməzdir. Kıbrıs türk xalqı sülh və əmin-amanlıq əvəzinə silaha sarılan Güney Kıbrıs Rum Administrasiyası qarşısında aciz və tənha deyil. Güclü Türkiyə, güclü KKTC!..”
Sn. Büyükelçim, Anavatan Türkiye’mizin varlığı bizler için vazgeçilmezdir.
Kıbrıs Türk Halkı, barış ve huzur yerine silaha sarılan Güney Kıbrıs Rum Yönetimi karşısında çaresiz ve kimsesiz değildir.
Güçlü Türkiye güçlü KKTC!.. pic.twitter.com/1Wlp8RufDq
— Tahsin Ertuğruloğlu (@ertugruloglut) January 26, 2023