BAYRAQDAR MEDİA – Yanvarın 27-də xarici işlər naziri Ceyhun Bayramov ilə qardaş Özbəkistanın xarici işlər naziri vəzifələrini icra edən Baxtiyor Saidov arasında telefon danışığı olub. B.Saidov Azərbaycanın Tehrandakı səfirliyinə edilmiş terror hücumu ilə bağlı Azərbaycanlı həmkarı ilə fikirlərini paylaşmaq üçün zəng edib.
Xəbəri BAYRAQDAR MEDİA-ya Azərbaycan XİN-dən veriblər.
“Özbəkistan naziri baş vermiş bu aktı qəti şəkildə pisləyib, hücum nəticəsində həyatını itirmiş mərhumun ailəsinə və qardaş Azərbaycan xalqına başsağlığı diləklərini çatdırıb və Azərbaycan tərəfi ilə həmrəyliyini bildirib.
“Nazir C.Bayramov Özbəkistanlı həmkarına öz minnətdarlığını bildirib, bu cinayəti törədənlərin və onun sifarişçilərinin ən qısa zamanda məsuliyyətə cəlb edilməsi və cəzalandırılması üçün Azərbaycan tərəfinin bütün mümkün vasitələrdən istifadə edəcəyini qeyd edib”, – deyə xəbərdə bildirilir.