Son yeniləmə: 27 Yanvar 2023 12:27
BAYRAQDAR MEDİA – Odessanın tarixi mərkəzi UNESCO-nun Təhlükədə olan Dünya İrs Siyahısına daxil edilib.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Bildirilib ki, rusların tez-tez işğalçı hücumlarına məruz qalan Ukraynanın Odessa şəhərinin tarixi mərkəzi “UNESCO-nun Təhlükədə olan Dünya İrs Siyahısına” daxil edilib.
Müvafiq qərar UNESCO-nun Ümumdünya İrs Komitəsinin yanvarın 26-da keçirilən 18-ci növbədənkənar sessiyası zamanı qəbul edilib.
Bu barədə Ukraynanın mədəniyyət və informasiya siyasəti naziri Aleksandr Tkaçenko sosial şəbəkədə məlumat verib.“Odessa liman şəhərinin tarixi mərkəzi UNESCO-nun Təhlükədə olan Ümumdünya İrs Siyahısına daxil edilib”.
A.Tkaçenko bildirib ki, bu qərar işğslçı Rusiyanın müqavimətinə baxmayaraq qəbul edilib:“Bütün beynəlxalq müqavilələri pozan ölkə (Rusiya) müzakirələrin iki günü ərzində bir çox prosessual hiylələrdən istifadə edərək bu məsələni müzakirənin gündəliyindən çıxarmağa və ya heç olmasa onu təxirə salmağa çalışıb. Amma buna nail ola bilmədilər”. ifadələrindən istifadə edib”.
Rusiyaya təcavüzün strateji hədəflərindən biri də Odessa şəhəridir. 2022-ci il fevralın 24-dən etibarən Rusiya işğalçı qüvvələri Odessa şəhəri və ətraf rayonlarını dəfələrlə bombalayıb.