Press "Enter" to skip to content

“IV-XII əsrlərdə türk dünyası”

Son yeniləmə: 26 Yanvar 2023 12:25

Yeddi ölkədən türkologiya sahəsində çalışan alimlər elmi monoqrafiyanın birinci cildi üzərində işi başa çatdırıblar

BAYRAQDAR MEDİA – Yeddi ölkədən türkologiya sahəsində çalışan alimlər “IV-XII əsrlərdə türk dünyası” elmi monoqrafiyasının birinci cildi üzərində işi başa çatdırıblar.

Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.

Bildirilib ki, birinci cild üzərində Azərbaycan, Almaniya, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Türkiyədən 25 universitet və institutun 34 alimindən ibarət ekspertlər
Türk tarixi baxımından əhəmiyyətli bir addım olan bu araşdırmanın birinci cildinin yaxın vaxtlarda işıq üzü görəcəyi qeyd edilib.

Məlumata əsasən, türk tarixinə işıq salan bu beynəlxalq elmi araşdırma türk xaqanlarının siyasi tarixindən, türklərin ən yaxın etnik mühitlə əlaqələrindən bəhs etməklə yanaşı, orta əsr türk qoşunlarının doğuş və inkişaf tarixini əks etdirir.

Digər tərəfdən, tarixçilər bu araşdırmanın Türküstandakı türk xalqlarının tarixinə dair mənbələri sistemləşdirmək üçün ən böyük cəhdlərdən biri olduğuna diqqət çəkiblər.

Mission News Theme by Compete Themes.