BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev yanvarın 26-da Fransanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Ann Buayonun etimadnaməsini qəbul edib.
Xəbəri Prezidentin Mətbuat xidməti yayıb.
O da xəbər verilir ki, eyni gündə İ.Əliyev Yunanıstanın yeni təyin olunmuş səfiri Xristos Kapodistriasın da etimadnaməsini qəbul edib.
Azərbaycan Prezidentinə etimadnaməsini təqdim edən daha bir diplomat isə Meksika səfiri xanım Mariya Viktoriya Romero Kabalyero olub.