Press "Enter" to skip to content

Vətəndaş müraciətinə ehtiyac olmadan…

Son yeniləmə: 25 Yanvar 2023 13:11

BAYRAQDAR MEDİA – Pensiya, müavinət və təqaüdlərintəyinatı kimi, həmin ödənişlərdə artımların edilməsi də vətəndaşların hər hansı quruma müraciət etməsinə, sənəd təqdim olunmasına ehtiyac olmadan elektron sistemlər üzərindən avtomatik şəkildə aparılır.

Bu barədə BAYRAQDAR MEDİA-ya yanvarın 25-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat veriıib.

Bildirilib ki, 2022-ci ilin əvvəlindən pensiyaçılara ödənilən maddi yardımlar bu ilin əvvəlindən pensiyaları tərkibinə daxil edilməklə ümumilikdə 1 milyon 115 min insana yönələn pensiyaların, habelə 660 min insana yönələn müavinət və təqaüdlərin artırılması təmin edilib: “Beləliklə, bu ilin əvvəlindən pensiya, müavinət və təqaüdlər üzrə 1,8 milyona yaxın şəxsin sosial ödənişlərində edilən həmin artımlar da onların hər hansı müraciətinə ehtiyac olmadan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən e-qaydada aparılıb”.

Qeyd edilib ki, növbəti mərhələdə bütün növ pensiyaların ötən il üzrə müəyyən ediləcək orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilərək artırılması təmin olunacaq: “Həmin pensiya artımları, habelə vətəndaşların pensiya kapitalının indeksləşdirilərək artırılması da e-sistemlər üzərindən avtomatik şəkildə həyata keçiriləcək”.

Mission News Theme by Compete Themes.