BAYRAQDAR MEDİA – “Məktəbdə…” layihəsinin növbəti görüşü yanvarın 26-də Bakı şəhəri 320 nömrəli tam orta məktəbdə keçiriləcək.
Bu barədə BAYRAQDAR MEDİA-ya yanvarın 25-də Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) verilib.
Qeyd edilib ki, BŞTİ tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı kulturoloq, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Fuad Məmmədov olacaq: “Görüşdə məktəb və müəllimin insanların formalaşdırılmasında rolu, ixtisas seçimi və peşə sahələrinə yönəlməyə təsir edən amillər, mütaliə vərdişləri, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək. Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır”.