BAYRAQDAR MEDİA – Qardaş Türkiyədə, Balıkesirin Havran məhəlləsindəki qəbiristanlıqda tapılan Osmanlı dövrünə aid məzar daşları yeni araşdımalara təkan verib.
Bu barədə bir neçə gün öncə Anadolu Ajansı məlumat yayıb.
Məlumatda deyilir ki, həmin məzar daşları qeydə alınır, həm də onlar üzərindəki yazılar akademik bir araşdırma ilə türkcəyə çevrilir: “Bunla əlaqədar olaraq Balıkesir Kültür Varlıklarını Koruma Bölge Kurulu Müdürlüyü, Böyükşəhər Bələdiyyəsi, Ege Üniversiteti, İzmir Katip Çelebi Üniversiteti və Havran Bələdiyyəsinin ortaqlığı ilə layihı icra edilir. 65 dekar ərazisi olan qəbiristanlıqdakı daşların üzərində tapılan yazıları türkcəyə çevirərək Havranın son 300 ilinə, şəcərələrinə, epidemiyalarına və mahalda baş verən bəzi kütləvi fəlakətlərə işıq salmaq hədəflənir”.
Məlumata görə, layihə çərçivəsində 4-ü professor olmaqla 10 nəfərlik bir qrupun başlatdığı araşdırmada 2000-dən çox Osmanlı məzarının inventarizasiyası aparılacaq: “İlin sonuna qədər davam etməsi planlaşdırılan layihədə məzar daşları nömrələnərək rəqəmsal mühitə keçəcək. Qəbiristanlığa gələnlər qəbrin kimə aid olduğunu və daşın üzərində nə yazıldığını telefonları ilə skan edərək üzərinə qoyulan QR kodları vasitəsilə öyrənə biləcəklər.