BAYRAQDAR MEDİA – Yanvarın 26-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.
Bu barədə BAYRAQDAR MEDİA-ya yanvarın 24-də Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Qeyd edilib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən bu sosial ödəniş növləri artımlarla ödəniləcək.
Onu da bildirək ki, respublika üzrə pensiyaların ödənilməsi yanvar ayının 17-si tarixində nəzərdə tutulub. Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyası ödəniləcək.