BAYRAQDAR MEDİA – Serbiya Prezidenti Aleksandar Vuçiç xalqa müraciət edib.
Bu barədə Balkan News məlumat yayıb.
Bildirilib ki, A.Vuçiç müraciətində ölkəsinin Almaniya və Fransanın həll təklifini qəbul etməməsi halında Avropa Birliyinə (AB) üzvlük prosesinin kəsiləcəyi, investisiyaların geri çəkiləcəyi və Serbiyaya iqtisadi və siyasi baxımdan zərər verəcək addımların atılacağı barədə xəbərdarlıq edildiyini açıqlayıb.
Məlumata əsasən, hökumət iclasından sonra Prezidentlik binasında xalqa müraciət edən Vuçiç Kosova məsələsi, Rusiyanın Ukraynaya müdaxiləsi və ölkəsinin Aİ-yə üzvlük prosesindən danışıb.
A.Vuçiç ölkəsinin albanlarla sülhə və məsuliyyətli yanaşmaya ehtiyacı olduğunu bildirib. O, Kosova probleminin həllinə rasional yanaşmanın olmamasından narahatlığını da qeyd edib.
Serbiyanın Kosovanın Avropa Şurası və NATO-ya daxil olmasına mane ola bilməyəcəyini bildirən A.Vuçiç əlavə edib ki, albanlarla serblər arasında etimadın artırılması və uzunmüddətli sülh mühitinin təmin edilməsi üçün razılaşma lazımdır.