Son yeniləmə: 24 Yanvar 2023 13:08
BAYRAQDAR MEDİA – “Qarabağı tanıt” mövzusunda təqdimat müsabiqəsinin şəhər mərhələsinin nəticələri bəlli olub.
Bu barədə BAYRAQDAR MEDİA-ya yanvarın 24-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir: “281 nömrəli tam orta məktəbin şagirdi Tahir Tağıyev, 27 nömrəli tam orta məktəbin şagirdi Rza Qasımov və 62 nömrəli məktəb-liseyin şagirdi Əli Zeynalov I, 128 nömrəli tam orta məktəbin şagirdi Rəcəb Rəcəbov, 149 nömrəli tam orta məktəbin şagirdi Fərid Həsənov və 72 nömrəli məktəb-liseyin şagirdi Leyla Xəlilova II, 3 nömrəli tam orta məktəbin şagirdi Leyla Məlikova, 83 nömrəli məktəb-liseyin şagirdi Fuad Atayev, 110 nömrəli tam orta məktəbin şagirdi Səidə Rzayeva isə III yeri tutublar. 47 nömrəli tam orta məktəbin şagirdləri Səlimxan Səlimli və Nəzrin Rzayeva, 220 nömrəli məktəb-liseyin şagirdi Fatimə Hüseynova, 67 nömrəli tam orta məktəbin şagirdi Günay Rzayeva və 75 nömrəli tam orta məktəbin şagirdi Asiman Novruzadə həvəsləndirici yerə layiq görülüblər”.
Vurğulanıb ki, qaliblərə BŞTİ tərəfindən diplom və hədiyyələr veriləcək: “Qeyd edək ki, 115, 306, 258, 42, 321, 155, 169, 170, 49, 163, 29, 260, 156, 234, 262 və 20 nömrəli təhsil müəssisələrinin şagirdləri isə müxtəlif nomiasiyalar üzrə “Təşəkkürnamə” ilə təltif olunacaqlar. Onu da qeyd edək ki, VIII-XI sinif şagirdləri arasında təşkil olunan müsabiqənin keçirilməsinin əsas məqsədi məktəblilərin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların Azərbaycan Ordusunun şanlı qələbəsi və işğaldan azad olunmuş ərazilərimiz haqqında məlumatlılıq səviyyəsinin artırılması, şagirdlərdə araşdırma, təhlil aparmaq bacarıqlarının inkişaf etdirilməsindən ibarətdir”.