Press "Enter" to skip to content

Azərbaycan icmasından “Der Spiegel” jurnalına etiraz

BAYRAQDAR MEDİA – Almaniyada fəaliyyət göstərən Azərbaycan icması “Der Spiegel” jurnalına etirazını bildirib.

Bu barədə BAYRAQDAR MEDİA-ya yanvarın 24-də Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Bremen Azərbaycan Mədəniyyət Evinin adından jurnalın redaksiyasına ünvanlanan məktubda vacib məqamlar öz əksini tapıb. Məktubda qeyd edilib ki, Almaniyada yaşayan Azərbaycan icması nəşrin xəbər portalında Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisi olan Dağlıq Qarabağla bağlı separatist yönümlü, birtərəfli, yalan reportajların yayılmasından narahatlıq keçirir.

O da vurğulanıb ki, jurnalın “Səkkiz milyard” podkastında ölkəmizlə bağlı deyilənlər press-kodun 2-ci və 3-cü bəndlərinə ziddir: “Çünki şifahi məlumat həqiqətə uyğun deyil, müsahibə dəqiqləşdirilməmiş, qərəzli və şəxsi fikirlərə əsaslanıb, Dağlıq Qarabağla bağlı faktlar təhrif edilib və dərc olunub. Soydaşlarımız redaksiya heyətini jurnalistikanın etik standartlarına əməl etməyə və jurnalist neytrallığını qoruyub saxlamağa çağırıb”.

Mission News Theme by Compete Themes.