Press "Enter" to skip to content

Sınaq imtahanı yanvarın 29-da keçiriləcək

BAYRAQDAR MEDİA – Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq istəyənlər üçün sınaq imtahanında iştirak edəcək bakalavrlar “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. Məlum olduğu kimi, sınaq imtahanı 2023-cü il yanvarın 29-da keçiriləcək.

Bu barədə BAYRAQDAR MEDİA-ya yanvarın 23-də DİM-dən məlumat verilib. Bildirilib ki, “İmtahana buraxılış vərəqəsi” və “Yaddaş kitabçası”nı çap etmək üçün bu linkə daxil olmaq lazımdır: “Bakalavrlar imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmır”.

Qeyd edilib ki, bu sınaq imtahanında iştirakçılara sual kitabçalarını imtahanın sonunda özləri ilə aparmağa icazə veriləcək. Ancaq nəzərə almaq lazımdır ki, 19 fevral 2023-cü ildə keçiriləcək qəbul imtahanında sual kitabçaları sonda nəzarətçilərə təhvil verilməlidir.

Mission News Theme by Compete Themes.