Press "Enter" to skip to content

Şagirdlər onları döyən müəllimdən üzr istədi – VİDEO

Xəzər TV-nin müxbiri müəllimi danışdırır

BAYRAQDAR MEDİA – Bir neçə gündür sosial mediada Bakıdakı 59 saylı məktəbdə baş vermiş xoşagəlməz hadisə haqqında geniş fikir mübadiləsi aparılır. Şagirdlərdən birinin çəkdiyi, sosial media üzərindən sızdırılmış görüntüdə bir müəllimin əsəbi şəkildə şagirdləri döydüyü görünür.

Məsələ o qədər geniş müzakirəyə səbəb olub ki, artıq müvafiq qurumlar da araşdırmaya başlayıb. Maraqlısı odur ki, cəmiyyətin böyük bir hissəsi bu məsələdə yenə də müəllimin günahkar çıxarılacağından narahatdır. O baxımdan müəllim və məktəb məsələlərində həssas olan kəsim baş verənlərdə sadəcə müəllimi günahlandırmağın doğru olmayacağı fikrindədir.

Belə bir durumda Xəzər TV-nin əməkdaşı hadisə yerində olub və həm müəllimi, həm uşaqları, həm də onların analarını danışdırıb. Açığı, çox vaxt uşağının sözün həqiqi mənasında tərbiyə həddini aşan davranışlarına haqq qazandıran ata-analardan fərqli olaraq bu dəfə dəcəllik edən uşağın anasının müəllimə haqq qazandırması diqqət çəkməyə bilməzdi.

Xəzər TV-nin hazırladığı reportajdan da görünür ki, ana öz uşağının müəllimi özündən çıxaracaq qədər dəcəllik etdiyinin fərqindədir və bu məsələdə heç də müəllimi ittiham etmir. Əksinə, hətta uşağın özü də peşman olduğunu deyir.

Belə bir yanaşma, əlbəttə ki, sevindiricidir. Çünki hər xırda məsələdə müəllimi özündən çıxarıb videosunu çəkmək, onu sosial mediada yayıb məktəbi gözdən salmaq heç də yaxşı hal deyil. Hələ belə paylaşımlardan sonra məktəbə və təhsil sisteminə total hücumları demirik. O baxımdan budəfəki yanaşma təqdir ediləndir və düşünürük ki, müəllimin cəzalandırılması da əsla yolverilməzdir.

Bunlar bizim fikirlərimiz idi. Qalanı isə Xəzər TV-nin reportajında.

Mission News Theme by Compete Themes.