Son yeniləmə: 23 Yanvar 2023 18:17
BAYRAQDAR MEDİA – “Bu cür köhnəlmiş yanaşmalar bütün bəşəriyyət üçün təhlükədir. dünya sülhünü dinamitləməkdir”.
Bu fikirlər Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Cümhurbaşqanı Ersin Tatar Türkiyənin İsveçdəki səfirliyi qarşısında Quranın yandırılmasını pisləyən açıqlamasında öz əksini tapıb.
KKTC Cümhurbaşqanlığından BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, açıqlamada deyilir: “Danimarkadakı faşist Stram Kurs lideri Rasmus Paludanın İsveç polisindən aldığı icazənin ardından Türkiyədəki Stokholm səfirliyi qarşısında Quranı yandırması, daha da önəmlisi İsveç təhlükəsizlik qüvvələrinin bu faşist hərəkətinə göz yumması demokratiya və fikir azadlığı ilə açıqlanması mümkün olmayan dünyada 2 milyard insanın inancına və müqəddəs dəyərlərinə qarşı düşməncəsinə edilən bir qəzəbinin təzahürüdür. Son 10 ildir insan haqlarının, demokratiyanın və fikir azadlığının beşiyi sayılan Avropa ölkələrində getdikcə artan və təəssüf ki, siyasiləşən ksenofobiya, mühacirlərə qarşı sistematik şəkildə ayrı-seçkilik, İslam və müsəlmanlara qarşı nifrət, düşmənçilik bu gün çox daha geniş miqyasda görünür. Bu cür köhnəlmiş yanaşmalar bütün dünya insanlığına təhlükədir. Müvafiq dövlətlərin səlahiyyətli orqanları bu cür nifrət cinayətlərini törədənlərə qarşı dərhal lazımi tədbirlər görməlidir”.