Press "Enter" to skip to content

Bilaval Zərdari: Biz həmişə KKTC-nin haqlı davasını dəstəkləmişik

Bilaval Bhutto Zərdari

BAYRAQDAR MEDİA – Pakistanın xarici işlər naziri Bilaval Zərdari hər zaman KKTC-nin haqq işini dəstəklədiklərini vurğulayıb.

Bu barədə Anadolu Ajansına istinadən Kibris Postasi məlumat yayıb.

Məlumata görə, Dünya İqtisadi Forumunda (WEF) iştirak etmək üçün gəldiyi İsveçrənin Davos şəhərində Anadolu Ajansına danışan Pakistanın xarici işlər naziri Türkiyənin hər zaman Pakistanı dəstəklədiyini deyib: “Biz Pakistan xalqı olaraq çətin vəziyyətdə olduğumuz zaman türk qardaşlarımızın bizə dəstək olacağına inanırıq. Böyük musson yağışları və daşqınlarla üzləşdiyimiz zaman Türkiyə və türk xalqı bizə dəstək oldu, humanitar yardımda bizə dəstək oldular. Bu səbəbdən təkcə Türkiyə hökumətinə deyil, türk xalqına da minnətdarıq”.

B.Zərdari Türkiyə ilə hər sahədə olduğu kimi hərbi sahədə də əməkdaşlığın davam etdiyini bildirib. Nazir bu istiqamətdə əlaqələrin yaxşılaşdırılması üçün əllərindən gələni edəcəklərini vurğulayıb.

Nazir B.Zərdari, həmçinin, “Biz həmişə KKTC-ni haqlı davasında dəstəkləmişik. Birləşmiş Millətlər Təşkilatı (BMT) və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) kimi platformalarda KKTC rəsmiləri ilə görüşmək imkanım oldu. Sədrlik etdiyim İƏT toplantısında KKTC naziri çıxış etdi. Bu şəkildə əməkdaşlığımızı davam etdirəcəyik” deyib.

Mission News Theme by Compete Themes.