Press "Enter" to skip to content

“Azadlığa gedən yolun asimmetrik savaşı”

Tədbir zamanı

Ankarada 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş anım mərasimi keçirilib

BAYRAQDAR MEDİA – Qardaş Türkiyənin paytaxtı Ankarada 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş anım mərasimi keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib.

Bildirilib ki, tədbir Azərbaycanın Türkiyədəki səfirliyi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaslıq və Həmrəylik Fondunun (TADİV), Türk Dünyası Parlamentarilər Fondu və Qazi Universiteti Türk Dünyası Uygulama və Araştırma Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.

TADİV başqanı, professor Aygün Attar çıxış edərkən
TADİV başqanı, professor Aygün Attar çıxış edərkən

Məlumatda, “Azərbaycan Evinin Şuşa Konfrans Mərkəzində keçirilən tədbir Türkiyənin dövlət rəsmilərinin, diplomatik korpus təmsilçilərinin, Türkiyənin hərbi məktəblərində təhsil alan azərbaycanlı kursantların, elm xadimlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbir şəhidlərin xatirəsinə bir dəqiqəlik sükut və iki ölkənin milli himnlərinin səsləndiirlməsi ilə başlayıb. 20 yanvar hadisələrinə həsr olunmuş qısa filmin nümayişindən sonra açılış çıxışları edilib” deyə bildirilib.

Məlumata əsasən, TADİV başqanı, Türkiyə Cümhurbaşqanı yanında Xarici Siyasət və Təhlükəsizlik Surasının üzvü professor Aygün Attar açılış çıxışında 20 Yanvar tarixinin Azərbaycanın qəhrəmanlıq səhifəsi olduğunu qeyd edib.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov çıxış edərkən
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov çıxış edərkən

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov 20 Yanvar münasibətilə həm Azərbaycanda, həm də ölkəmizdən kənarda çoxsaylı tədbirlər keçirildiyini ifadə edib: “Səfir 20 yanvar 1990-cı ildə Azərbaycan xalqının müstəqillik və ərazi bütövlüyü arzularının qarşısının alınması məqsədilə silahsız insanlara qarşı törədilmiş qətliamdan danışıb. Qeyd edilib ki, tətbiq edilən zorakılığa baxmayaraq Azərbaycan xalqı azadlıq əzmini itirmədi, şəhidlərin qanı və canı bahasına müstəqillik bərpa edildi. Bu şərəfli tarixin qeyd edilməsi gənc nəsil üçün çox əhəmiyyətlidir. Səfirin çıxışında 20 Yanvar hadisələrinə məhz Ümummilli lider Heydər Əliyevin hakimyyətə qayıdışından sonra hüquqi qiymət verildiyi diqqətə çatdırılıb”.

Türkiyə xarici işlər nazirinin müavini Yasin Ekrem Serim çıxış edərkən
Türkiyə xarici işlər nazirinin müavini Yasin Ekrem Serim çıxış edərkən

Mərasimdə çıxış edən Türkiyə xarici işlər nazirinin müavini Yasin Ekrem Serim 20 Yanvar şəhidlərinin Azərbaycanın müstəqillik əzmini bütün dünyaya nümayiş etdirdiyini vurğulayıb. O, 20 Yanvar tarixinin 8 Noyabr Vətən müharibəsi zəfərinə gedən yolu açdığını və aydınlatdığını qeyd edib.

Türk Dünyası Araşdırma Mərkəzinin müdiri Alev Kuru Çakmakoğlu çıxış edərkən
Türk Dünyası Araşdırma Mərkəzinin müdiri Alev Kuru Çakmakoğlu çıxış edərkən

Qazi Universiteti nəzdində Türk Dünyası Araşdırma Mərkəzinin müdiri Alev Kuru Çakmakoğlunun, Türk Dünyası Parlamentarilər Fondunun sədri Abdullah Çalışkanın və Türk Tarix Qurumu başqanı Birol Çətinin çıxışlarında 20 Yanvar şəhidlərinin qanının yerdə qalmadığı, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı zəfərlə şəhidlərin ruhunun şad olduğu vurğulanıb.

Türk Dünyası Parlamentarilər Fondunun sədri Abdullah Çalışkan çıxış edərkən
Türk Dünyası Parlamentarilər Fondunun sədri Abdullah Çalışkan çıxış edərkən

Çıxışların ardınca 20 Yanvar şəhidlərinə həsr olunmuş “Qanlı Yanvar” fotosərgisinin açılışı olub. Daha sonra anım proqramı elm adamlarının iştirakı ilə 20 yanvar 1990-cı il tarixinin Azərbaycan tarixində önəminə həsr olunmuş panel konfransla davam edib.

Türk Tarix Qurumu başqanı Birol Çətin çıxış edərkən
Türk Tarix Qurumu başqanı Birol Çətin çıxış edərkən

Öz növbəsində TADİV-dən verilən məlumata görə, “Azadlığa gedən yolun asimmetrik savaşı” adlı tədbirdə KKTC-nin Türkiyədəki səfiri İsmet Korukoğlu, Türkmənistanın səfiri Mekan İşankuliev, Qazaxıstan səfirliyinin müşaviri Merey Mukazhan, Qırğızıstan səfirliyinin müşaviri Aziz Kıştobaev, Türk-Yapon Vəqfi başqanı Prof. Dr. Nejat Bora Sayan, BİSAV başqanı Yüksel Özkale, Rumeliler Derneyi başqanı Seyfettin Saraların da iştirak etdiyi tədbirin ikinci paneli də maraqlı çıxışlarla yadda qalıb.

 

Tədbirdən xatirə fotosu
Tədbirdən xatirə fotosu

Məlumatda qeyd edilir ki, Prof. Dr. Yelda Ongun rəhbrəliyi ilə keçirilən ikinci paneldə Prof. Dr. İbrahim Ethem Atnur, Prof. Dr. Cavid Abdullahzade, Prof. Dr. Mehmer Şahin, Prof. Dr. Bülen Aksoy çıxış ediblər.

Tədbir 20 Yanvar faciəsinə həsr edilmiş şeir və musiqilərin dinlənməsi ilə başa çatıb.

Mission News Theme by Compete Themes.