Son yeniləmə: 19 Yanvar 2023 13:40
BAYRAQDAR MEDİA – Rusiya işğalçı qüvvələri azı 6 min ukraynalı uşağı işğal altındakı Krıma qaçırıb. İşğalçı Rusiya nəzarət etdiyi Ukrayna bölgələrindən Ukrayna vətəndaşlarını, xüsusən də uşaqları oğurlamağa davam edir.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Bildirilib ki, işğalçıların Ukraynanın işğal etdiyi bölgələrdən ən azı 6 min uşağı qanunsuz olaraq Rusiya tərəfindən işğal olunmuş Krıma aparıldığı öyrənilib.
Regional İnsan Hüquqları Mərkəzinin hüquqşünası Katerina Rashevska,“Rusiyanın başlatdığı genişmiqyaslı işğal hücumunun əvvəlindən 2022-ci ilin sonuna qədər Ukraynanın yeni işğal olunmuş bölgələrindən ən azı 6000 uşaq qondarma tətilə Krıma göndərilib. Bu uşaqların çoxu kurort obyektlərinə deyil, hərbi məktəblərin kazarmalarına yerləşdirilib və burada “hərbi təlim” keçiblər”deyə bildirib.