Press "Enter" to skip to content

Müsahibə mərhələsi üzrə apellyasiya

Son yeniləmə: 19 Yanvar 2023 18:35

BAYRAQDAR MEDİA – Müddətsiz müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin əlavə vakansiya seçimində vakant yer tutan şəxslərin müsahibə mərhələsi ilə bağlı apellyasiya müraciətlərinin qəbulu davam edir. Apellyasiya müraciətlərinin qəbulu 19 yanvar saat 18:00-da başa çatacaq.

Bu barədə BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, apellyasiya müraciətləri əsasında namizədlər üçün onlayn formatda müsahibələrin təşkili nəzərdə tutulub: “Bunun üçün namizədlər şəxsi səhifələrinə daxil olaraq müsahibə linkinin göndəriləcəyi elektron poçt ünvanlarını müvafiq xanaya yazaraq iştiraklarını təsdiq etməlidirlər. Qeyd edək ki, qeydiyyat zamanı elektron poçt ünvanını düzgün qeyd etməyən və elektron ərizəsini təsdiqləməyən namizədlərin apellyasiya müraciəti təmin olunmayacaq”.

Mission News Theme by Compete Themes.