Press "Enter" to skip to content

Manas Ata və Dədə Qorqudun ruhları bizə dayaq olsun

Assol Moldokmatova

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, yanvarın 19-da Azərbaycanla qardaş Qırğızıstan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi tamam olur. Bu münasibətlə qarşılıqlı təbriklər, xoş göndərişlər paylaşılır. Belə təbriklərdən birini də Qırğızıstanda fəaliyyət göstərən Azərbaycanın Dostları Klubunun prezidenti Assol Moldokmatova Prezident İlham Əliyevə göndərib.

Xəbəri A.Moldokmatova yanvarın 19-da BAYRAQDAR MEDİA-ya göndərib.

Təbrikdə deyilir ki, Klubun bütün üzvləri Qırğızıstan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Prezident İlham Əliyevi təbrik edir. O da qeyd edilir ki, Qırğızıstanda Azərbaycanla münasibətlərdə ciddi irəliləyişlərin olmasından məmnunluq hissi yaranıb.

“Qırğızıstanla Azərbaycan arasında strateji tərəfdaşlığın qurulması iş birliyimizin yeni keyfiyyət mərhələsi olmuşdur”, – deyə təbrikdə qeyd edilir.

Təbrik müəllifi əmindir ki, münasibətlərin bu həddə gəlib çıxması hər iki ölkənin xalqları üçün öz potensiallarından daha yüksək səviyyədə istifadə etməyə şərait yaradacaq.

“Qırğızlar və azərbaycanlılar bizim ortaq əcdadımız olan Türk Atanın övladlarıdır. Bizim köklərimiz birdir, dillərimiz və mədəniyyətimiz ortaqdır. Biz birlikdə, bir-birimizi dəstəkləyərək müstəqilliyimizin möhkəmlənməsi yolunda mütləq tərəqqiyə, vətəndaşlarımızın rifah halının yüksəlməsinə, demokratiya və insan haqlarının aliliyinin təsdiqinə nail olacağıq. Qoy bu yolda bizə böyük əcdadlarımız Manas Ata və Dədə Qorqudun ruhları dayaq olsun”, – deyə təbrikdə bildirilir.

Mission News Theme by Compete Themes.