Press "Enter" to skip to content

KKTC-TDT əməkdaşlığından bəhs edilib

Görüş zamanı

Tahsin Ertuğruloğlu TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyevlə görüşüb

BAYRAQDAR MEDİAKuzey Kıbrıs Türk Cümhuriyyətinin xarici işlər naziri Tahsin Ertuğruloğlu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıcbek Ömuralıyev ilə görüşüb.

Kibris Postasi xəbər verir ki, T.Ertuğruloğlunun İstanbula səfər edərək Baş katiblə təşkilatın mənzil qərargahında bir araya gəlib.

Sözügedən səfər KKTC rəsmilərinin TDT Katibliyinə ilk yüksək səviyyəli səfəridir.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, T.Ertuğruloğlu yeni təyin olunmuş Baş katibə nəzakət səfəri zamanı KKTC-nin türk dünyasında layiqli yerini tutması üçün atılan addımlardan bəhs edib və nazirliyin bu sahədə öz üzərinə düşən vəzifəni yerinə yetirməsindən məmnunluğunu ifadə edib. Nazir yeni dönəmdə KKTC ilə TDT arasında əməkdaşlığın və dialoqun bütün sahələrdə getdikcə daha çox davam etməsi üçün lazım olan addımların atılacağını bildirib.

Mission News Theme by Compete Themes.