Press "Enter" to skip to content

Keçmiş baş katiblərə xüsusi ehtiram

Mərasimdən xatirə fotosu

Son yeniləmə: 21 Yanvar 2023 00:18

TDT Katibliyində foto açılış mərasimi keçirilib

BAYRAQDAR MEDİA – Yanvarın 17-də İstanbulda, Türk Dövlətləri Təşkilatının katibliyinin binasında maraqlı bir mərasim keçirilib. Həmin gün əvvəlki dövrlərdə TDT baş katibləri olmuş şəxslərin fotoşəkillərinin açılış mərasimi olub.

Təşkilatın saytında qeyd olunan məlumata görə, tədbirdə TDT-nin Baş katibi səfir Kubanıçbek Ömuralıyev və keçmiş baş katib Ramil Həsən, eləcə də TDT Katibliyinin əməkdaşları iştirak ediblər. Keçmiş baş katiblər səfir Halil Akıncı və səfir Bağdad Amreyev əvvəlki proqramlarına görə mərasimdə iştirak edə bilməyiblər.

Mərasimdə çıxış edən TDT-nin Baş katibi səfir Kubanıçbek Ömüralıyev sələflərinin türk dövlətləri arasında əməkdaşlıq sahələrinin inkişafındakı xidmətlərinə toxunaraq onlara, verdikləri bütün töhfə və xidmətlərə görə təşəkkürünü bildirib.

2014-2018-ci illər arasında Baş katib vəzifəsində işləmiş Azərbaycan Milli Məclisinin deputatı R.Həsən mərasimdən məmnunluğunu ifadə edərək TDT-nin fəaliyyətinə hər zaman dəstək verməyə hazır olduğunu bildirib.

Mission News Theme by Compete Themes.