Press "Enter" to skip to content

İlham Əliyevdən Sadır Caparova təbrik

Prezident İlham Əliyev və Prezident Sadır Caparov

BAYRAQDAR MEDİA – Azərbaycan Prezidenti İlham Əliyev qardaş Qırğızıstanın Prezidenti Sadır Caparovu iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə təbrik edib.

Xəbəri BAYRAQDAR MEDİA-ya yanvarın 19-da Qırğızıstan Prezidentinin ofisindən veriblər.

Azərbaycan Prezidenti öz təbrik məktubunda iki qardaş xalq arasındakı tarixi bağlar, mədəni və mənəvi birlik məsələlərinə diqqət çəkib, Qırğızıstanla münasibətlərə xüsusi diqqət yetirildiyini vurğulayıb.

İ.Əliyev özəl olaraq qeyd edib ki, möhkəm təməllər üzərində 30 il öncə qurulmuş diplomatik münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib ki, bu da dərin məmnuniyyət hissi doğurur.

Azərbaycan Prezidenti qarşılıqlı səfərlər, iki ölkə arasında imzalanmış bir çox sənədlər barədə də məmnuniyyətlə söz edib. O, özəlliklə 2022-ci ildə dövlət başçılarının qarşılıqlı səfərlərini və onların ikitərəfli münasibətlərə verdiyi töhfəni vurğulayıb.

Məktubunun sonunda İ.Əliyev iki ölkə arasındakı münasibətlərin bu günədək əldə edilən əlverişli müstəvidə daha da irəli gedəcəyinə əminliyini bildirib.

Mission News Theme by Compete Themes.